Mingəçevirdə "Zərərli vərdişlərə yox deyək" adlı tədbir keçirilib


Mingəçevir Şəhər Polis Şöbəsi “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirib.
Yeniavaz.com
xəbər verir ki, tədbir Mingəçevirdə 12 saylı məktəbin akt zalında təşkil olunub.
9, 10 və 11-ci sinif şagirdlərinin və müəllim kollektivinin iştiarakı ilə keçirilən tədbirdə Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev, şöbənin əməkdaşları, Mərkəzi Aran Regional İdarəsinin nəzdində fəaliyyət göstərən Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda İsmayılova zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulayıb.
ŞPŞ-nin rəisi çıxışında narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.
Təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda yol polisi əməkdaşı Samir Sultanov çıxış edərək məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsədin şagirdlərin təhlükəsizliyini, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olduğunu bildirib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top