Ukraynada Rusiyanın “Moskoviya” adlandırılması üçün petisiya başladılıb


Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin saytında Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsini təklif edən petisiya peyda olub.
Yeniavaz.com
xəbər verir ki, petisiyada yazılıb:
“Rəsmi olaraq “Rusiya” adı “Moskoviya” olaraq dəyişdirilsin. “Rus” termini “moskvalı”, “Rusiya Federasiyası” ifadəsi “Moskva Federasiyası” ilə əvəz edilsin.
Hazırda petisiyanı 50-dən bir qədər çox adam imzalayıb.
Ukrayna prezidenti tərəfindən baxılması üçün onun 25 min səs toplaması lazımdır. Petisiya üzrə səslərin toplanması 92 gün davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top