Xameneinin bacısı qızı həbs edildi


İran İslam Respublikasının lideri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tvitter hesabında yazıb. O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını icra etmək üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.
Qeyd edək ki, Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.
2018-ci ilin iyununda o, Sənəndəc şəhərində İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra da həbs edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top