Kosovo və Serbiya razılaşdılar


Serbiya və Kosovo avtomobil nömrələri ilə bağlı böhranla bağlı davam edən gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrel sosial mediada iki ölkə arasında razılaşma əldə olunduğunu açıqlayıb.
Borrel bəyan edib ki, Kosovo və Serbiyanın baş müzakirəçiləri Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlar nəticəsində gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi üzərində işləmək barədə razılığa gəliblər.
Onun verdiyi məlumata görə, Serbiya Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının verilməsini, Kosovo isə avtomobillərə yenidən lisenziya verilməsini dayandıracaq.
Xatırladaq ki, Kosovo hökuməti cümə axşamından etibarən Serbiyanın verdiyi nömrələrdən istifadə edən sürücülərə cərimə tətbiq etməyi planlaşdırırdı. Belə nömrələrdən istifadə edənlərin sayının 10 min civarında olduğu təxmin edilir.
Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top