“Putinin vasitəçiliyi ilə Ərdoğan və Əsəd görüşə bilər”


“Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta bilər, lakin hələlik belə bir razılaşma yoxdur”.
Yeniavaz.com
“iz.ru”ya istinadla xəbər verir ki, bu barədə noyabrın 23-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Nəzəri cəhətdən mümkündür, lakin bu məsələdə heç bir razılaşma yoxdur”, – deyə Peskov jurnalistlərlə söhbətində deyib.
Xatırladaq ki, bu gün Türkiyənin “Hürriyet” qəzeti Türkiyə və Suriya liderləri arasında mümkün görüşün təfərrüatlarını dərc edib. Görüşün Türkiyədə 2023-cü il iyunun 18-də keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta biləcəyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top