
Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Hörmətli həmkarlar, hazırda hesab edirəm ki, həmin sənədi imzalanmaq üçün təqdim edilmiş “KTMT XTK-nın Bəyannaməsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi kifayət qədər yekunlaşdırılmayıb. Mən bu sənədləri imzalamağa hazır deyiləm”, - deyə Ermənistanın Baş naziri bildirib.