“Biz Azərbaycan olaraq buna hazırıq”


Bəzi hallarda BMT TŞ-nın qətnamələri bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə,
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 23-də Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”, - deyə ölkə başçısı qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top