Bayden Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı tapşırdı


ABŞ Prezidenti Co Bayden Ukraynaya 400 milyon dollara qədər əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək etmək üçün  ABŞ Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətlərinə, hərbi təlim və təhsilə 400 milyon dollara qədər vəsait ayırmaq səlahiyyəti verib. Vaşinqtonun Kiyevə hansı silahları göndərəcəyi hələ dəqiqləşdirilməyib.

DİGƏR XƏBƏRLƏR

Top