"Almaniya Ukraynanın təslim olmasını istəyirdi" - Conson


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, Rusiya Ukraynaya hücum edən zaman Almaniya Ukraynanın təslim olmalı olduğunu müdafiə edib.
Yeniavaz.com
xəbər verir ki, “CNN Portuqaliya”ya danışan Conson, Almaniyanın iqtisadi səbəblərə görə müharibənin uzun müddət davam etməsini istəmədiyini deyib. O bildirib ki, buna görə də həmin vaxt Almaniya rəsmiləri Ukraynanın Rusiyaya qarşı geri addım atmalı olduğunu deyiblər:
 “Əgər müharibə olacaqsa, Almaniya onun bir an əvvəl bitməsini və Ukraynanın təslim olmasını istəyirdi”.
Fransanın müharibə ehtimalını son ana qədər rədd etdiyini bildirən Conson İtaliyanın Rusiya enerjisindən asılılığına görə Avropada Rusiyaya qarşı sanksiyaları dəstəkləmək istəmədiyini qeyd edib.
Böyük Britaniyanın keçmiş baş naziri bildirib ki, müharibədən sonra bir çox ölkə Ukraynanın arxasında birləşib.
Xatırladaq ki, B. Conson bir sıra qalmaqallardan sonra iyul ayında baş nazir vəzifəsindən istefa verməli olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top