Vladimir Putin İrəvana getdi


Rusiya Prezidenti Vladimir Putin Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etmək üçün İrəvana gedib.
Yeniavaz.com
xəbər veirr ki, onu İrəvanın Zvartnots hava limanında Ermənistanın Baş naziri Nikol Paşinyan qarşılayıb.

Daha sonra hər iki lider eyni avtomobildə sammitin keçirildiyi məkana gəliblər.

Məlumat üçün bildirək ki, KTMT-nin digər ölkələrinin liderlərini Paşinyanın müavini Mher Qriqoryan qarşılayıb.
Qeyd edək ki, bu, Rusiya liderinin Ermənistana səkkizinci səfəridir. O, sonuncu dəfə 2019-cu ildə İrəvanda olub və burada Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının sammitində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top