DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir - KİV


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində araşdırmalara başladığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakudays” məlumat yayıb.
Mətbuat orqanının yaydığı məlumata görə, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər.
Həmçinin binada axtarışlar aparıldığı iddia olunur.
Mətbuat orqanı Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisinin araşdırıldığını yazıb.

DİGƏR XƏBƏRLƏR

Top