SEPAH polkovniki Suriyada öldürüldü


İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) zabiti polkovnik Davud Cəfərinin Suriyanın paytaxtı Dəməşq yaxınlığında öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, İRNA-nın məlumatına görə, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki, sözügedən polkovnik çərşənbə axşamı səhər saatlarında Suriyanın paytaxtı Dəməşq yaxınlığında yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.
Polkovnik Cəfərinin SEPAH-ın Hava və Kosmik Qüvvələrinə rəhbərlik etdiyi bildirilib.
Polkovnikin Suriyada “məsləhətçi” kimi xidmət etdiyini müdafiə edən SEPAH hadisədə İsraili günahlandırıb və bombanın hadisə yerinə “İsrail agentləri” tərəfindən qoyulduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top