“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində nələr dəyişdi?


Noyabrın 21-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni radaktədə müzakirəyə çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, qanun layihəsinin yeni redaktəsində hazırda qüvvədə olan versiyadan və əvvəlki layihədən fərqli məqamlar var.
Qanun layihəsinin yeni redaktəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 5 minə qaldırılması təklif olunur. Bu tələbin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılacaq. Hazırda bu tələb 1000 nəfərdir. Əvvəlki variantda bu rəqəm 10 min idi.
Mövcud qanunda siyasi partiyaların yaradılması üçün təsisçilərin minimum sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Yeni redaktədə isə bildirilib ki, siyasi partiya Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Əvvəlki variantda təsisçi sayının 200 nəfər olması göstərilirdi.
Əvvəlki layihədə siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi və 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi müddəası qanun layihəsinin yeni redaktəsində yoxdur.
Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiyanın bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görmə müddəti 90 gündən (əvvəlki layihə) 180 günə qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top