ABŞ-da atışma olub - Ölənlər var


ABŞ-ın Virciniya ştatında “Walmart” mağazasında atışma olub.
Yeniavaz.com
“Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Çesapik şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, supermarket müdiri istirahət otağına daxil olaraq mağazanın digər işçilərinə atəş açıb. Hadisə yerində 40-dan çox polis maşınının olduğu bildirilir. Polis atəş açan şəxsin öldüyünü güman edir.
Hazırda polis binada axtarış aparır. “WFLA-TV”nin məlumatına görə, 10 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top