Çexiya Rusiya vətəndaşlarına vizasız tranzit keçidi qadağan etdi


Çexiya rusiyalılara respublikanın hava limanlarından tranzit keçmək üçün hava limanı vizası almaq öhdəliyi tətbiq edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayılıb.
Bildirilib ki, noyabrın 21-dən ruslar üçün tranzit hava limanı vizası almaq öhdəliyi tətbiq edilib. Bu tələb Şengen vizası sahiblərinə şamil edilmir. Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələrində, həmçinin Yaponiya, Kanada və ABŞ-da yaşayış icazələri, Aİ vətəndaşlarının ailə üzvləri, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya üzv olan dövlətlərin vətəndaşları olan diplomatlar və hava gəmisinin ekipaj üzvləri də həmin siyahıya daxildir.

DİGƏR XƏBƏRLƏR

Top