Zukerberq istefa verəcək?


""Meta"nın rəhbəri Mark Zukerberq 2023-cü ildə vəzifəsini tərk etməyi planlaşdırır". 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Leak” portalı məlumat yayıb.
Bu qərarın “metaverse”in çoxmilyardlıq layihəsinə təsir etməyəcəyi bildirilib. Məsələ ilə bağlı “Meta”dan açıqlama verilib. Bildirilib ki, yayılan məlumatlar həqiqəti ək etdirmir.
Qeyd edək ki, noyabrın yayılan məlumata görə, “Meta” işçilərinin tam miqyaslı ixtisarını həyata keçirməyi planlaşdırır. “Wall Street Journal”ın xəbərinə görə, bu azalma, koronavirus pandemiyası zamanı sürətli artımdan sonra sənayedə texnologiya işlərində ən böyük azalmalardan biri ola bilər.
Korporasiyanın 87 mindən çox əməkdaşından neçəsinin işsiz qalacağı hələlik məlum deyil. Həmin vaxt şirkət özü bu məlumatı şərh etməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top