Nataşa Pirc Musar Sloveniyanın Prezidenti oldu


Sloveniyada keçirilən prezident seçkilərində Nataşa Pirc-Musar qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sloveniya Dövlət Seçki Komissiyasının saytında dərc olunmuş məlumatda deyilir.
Seçki komissiyasının məlumatına görə, Pirc-Musar 53,89% səs toplayıb. Seçicilərin 46,11%-i Sloveniya Respublikası Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqara səs verib. Ümumilikdə seçkilərin ikinci turunda 908 min 138 respublika vətəndaşı iştirak edib ki, bu da səsvermə hüququna malik bütün slovenlərin 53,6 faizini təşkil edir.
Seçilmiş prezident bu ilin dekabrın 23-də vəzifəsinin icrasına başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top