“Azərbaycan dilinin yeni orfoepiya normaları”nda uyğunsuzluqlar aşkarlandı


“Azərbaycan dilinin yeni orfoepiya normaları”nda uyğunsuzluqlar aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda yeni orfoepiya normalarının mübahisəli bəndləri ilə bağlı yekun müzakirə keçirilib.

Müzakirələrdə institutun əməkdaşları, dilçi alimlər, filoloqlar və mütəxəssislər, eləcə də media nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, uyğunsuzluqlarla bağlı təkliflər hazırlanacaq və Nazirlər Kabinetinə təqdim ediləcək.

Qeyd edək ki, “Azərbaycan dilinin yeni orfoepiya normaları” ötən ilin iyunun 18-də təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top