Messinin komandası ilk oyunda uduzdu


Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunda Argentina - Səudiyyə Ərəbistanı matçı başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, Cənubi amerikalılar yarımada təmsilçisinə 1-2 hesabı ilə məğlub olublar.
Hesabı 10-cu dəqiqədə Argentinanın oyunçusu Lionel Messi penaltidən açıb.
48-ci dəqiqədə Səudiyyə Ərəbistanının heyətində Saleh Al Şehri fərqlənib.
Qarşılaşmanın 53-cü dəqiqəsində Salem Al Davsari Səudiyyə Ərəbistanını önə çıxaran qolu vurub.
Nəticədə turnirin favoritlərindən hesab olunan Argentina çempionatın ilk oyununda məğlubiyyətlə barışmalı olub.

DİGƏR XƏBƏRLƏR

Top