Dövlət qulluğu üzrə test imtahanının proqramına dəyişiklik edilib


Dövlət qulluğuna qəbul məqsədilə 2023-cü ildən etibarən keçiriləcək test imtahanlarının İnformasiya texnologiyaları üzrə proqramında müəyyən dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Namizədlərə elmi-metodik kömək məqsədi ilə yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzi tərəfindən çap olunacaq “İnformatika” vəsaitinin yenilənmiş nəşrinə "Office 2019" versiyasına aid müvafiq mövzular daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top