Təbii qazı Türkmənistandan 125 dollara alıb, Yunanıstana 1 333 dollara satırıq - Siyahı


Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə 16 milyard 552 milyon 772,3 min kub metr həcmində təbii qaz satıb.
Yeniavaz.com
 xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 12 milyard 102 milyon 516,1 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin orta gömrük dəyəri 731,1 dollar olub.
Xəbəri rus dilində oxuyun: Покупаем природный газ в Туркменистане за 125 долларов и продаем в Грецию за 1333 доллара - Список

Təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kub metr təbii qazın dəyəri 1 333,2 dollar olub. Ən ucuz qiymətə isə Gürcüstana satılıb - 1000 kub metri 134,6 dollar. İrana satılan təbii qaz isə İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə - 40 dollara satılıb.
Azərbaycan bu ilin ilk 9 ayında təbii qaz aşağıdakı ölkələrə satıb:
ÖLKƏLƏR Ümumi həcmi
(min kub metr)
Ümumi dəyəri
(min dollar)
1000 kub metrin dəyəri (dollar)
İtaliya 7 111 813,5 8 821 882,31 1 240,45
Türkiyə 6 173 718,4 1 947 273,57 315,4
Gürcüstan 2 102 348,2 282 916,06 134,6
Yunanıstan 701 724,27 935 515,09 1 333,2
Bolqarıstan 293 361,96 108 483,89 369,8
İran 169 805,94 6 445,17 40

Bu ilin ilk 9 ayında Azərbaycan Türkmənistan və İrandan təbii qaz alıb. Qeyd etdiyimiz kimi Naxçıvanı təbii qazla təmin etmək üçün bu il İrandan 66 091,19 min kub metr qaz alınıb və bu qazın gömrük dəyəri 2 508,56 min dollar olub (1000 kub metri 38 dollar). Türkmənistandan isə  614 153,03 min kubmetr qaz alınıb və bunun da gömrük dəyəri 76 863,47 min dollar olub (1000 kub metri 125,1 dollar).
Onu da bildirək ki, təbii qaz ixracı ümumi ixracın 41%-ni təşkil edib və əvvəlki illərlə müqayisədə kəskin artıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ili ilk 9 ayında ümumi ixracın 20%-ni, 2020-ci ilin ilk 9 ayında isə 17%-ni təbii qaz təşkil edib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top