Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 29 taksi sürücüsü saxlanılıb - Video


Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub. 
Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. 
Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top