Əli Əliyevə hökm oxundu - Yenilənib


Bakı İstintaq təcridxanasında kamera yoldaşını döyməkdə ittiham olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Əli Əliyev verilmiş ittihamla təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
***11:54
Sabunçu rayon məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, prokuror Əli Əliyevin 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Bu barədə hüquq müdafiəçisi Fikrət Cəfərli məlumat verib.
Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

DİGƏR XƏBƏRLƏR

Top