Kukla Teatrındakı yoxlamalarla bağlı rəsmi açıqlama - Yenilənib


“Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aparılan yoxlamanın bu teatrın rejissorunun və ya digər şəxslərin hər hansı bir tənqidi açıqlaması ilə heç bir əlaqəsi yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova deyib.
O bildirib ki, nazirliyin strukturunda olan və ya strukturuna daxil olmayıb tabeliyində olan qurumlarda nöqsan aşkarlandığı zaman bu cür yoxlamalar keçirilir: “Bu ilk deyil və növbəli şəkildə bu cür nöqsanlar aşkar edildikdə təftişlər aparılır. Nəticə barədə məlumat veriləcək. Amma birmənalı şəkildə qeyd etmək istəyirəm ki, yoxlamanın həmin o açıqlamayla heç bir əlaqəsi yoxdur. Həmin o açıqlamaya qədər də həm şifahi, həm də yazılı xəbərdarlıqlar olunub”.
Qeyd edək ki, sosial mediada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaların teatrın rəhbərliyinin və rejissorunun mətbuatda nazirliyi tənqid etməsinə cavab olaraq aparılması barədə fikirlər səsləndirilir.

***11:33
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb.
Bu barədə Teatrın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, noyabrın 18-də mədəniyyət nazirinin imzaladığı müvafiq əmrə uyğun olaraq, noyabrın 21-dən yoxlamalar başlayıb, nə vaxt yekunlaşacağı isə hələ məlum deyil.
“Yoxlamanın məqsədi barədə məlumatımız yoxdur”, - məlumatda deyilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərilsə də, nazirlikdən cavab verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top