Diplomat İstanbul aeroportunda intihar etdi


Diplomatik pasportu olduğu bildirilən Liberiya əsilli Aberkah Samuel Kuame həyat yoldaşı və uşaqları ilə birlikdə ölkələrinə qayıtmaq üçün günorta saatlarında taksi ilə İstanbul Hava Limanına gəlib.
Yeniavaz.com
xəbər verir ki, Kuame taksidən düşüb bir neçə addım atdıqdan sonra 2-ci qapının yerləşdiyi ərazidən 20 metr hündürlükdən özünü aşağı ataraq həyat yoldaşı və uşaqlarının gözü qarşısında intihar edib.
Tibb və polis işçiləri hadisə yerinə gələnə kimi diplomata hadisə yerində ilkin tibbi yardım göstərilib.
Bütün müdaxilələrə baxmayaraq Kuame dünyasını dəyişib.
Hadisə ilə bağlı polis orqanları araşdırma başladıb.

DİGƏR XƏBƏRLƏR

Top