Tokayev yenidən prezident seçildi


Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev bazar günü - noyabrın 20-də keçirilən prezident seçkilərində səslərin 81,31 faizini toplayaraq qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yekun məlumatları brifinqdə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib.
“Tokayev Kasım-Jomart Kemeleviçə 6 milyon 456 min 392 nəfər səs verib və ya o, səslərin 81,31 faizini toplayıb”, - deyə Abdirov bildirib.
Qeyd olunub ki, seçkilərdə iştirak 69,44% təşkil edib.
Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top