DTX Fərhad Əhmədovu saxlayıb, yazılı öhdəlik alınıb - KİV


Tanınmış iş adamı Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Demokrat.az məlumat yayıb.
Mətbuat orqanı əldə etdiyi məlumata əsasən, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsinin alındığını bildirib.
Qeyd olunub ki, iş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.
Milyarder iş adamı Fərhad Əhmədovun hazırda Göyçaydakı bağ evində olduğu bildirilir. Məlumata görə, iş adamı ölkəni tərk etməmək barədə yazılı öhdəliyi ilə əlaqədar evindən kənara çıxa bilməz.
Mətbuat orqanına bu barədə məlumat verən mənbə, həmçinin bildirib ki, Fərhad Əhmədovun evində axtarış zamanı milyarderin şəxsi istifadəsində olan mobil telefonları və kompüteri də hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Qeyd olunub ki, hazırda iş adamının barəsində istintaq davam edir.
Xatırladaq ki, ötən həftə yerli mətbuatda Azərbaycan əsilli, rusiyalı milyarderin evində və obyektlərində axtarışlar aparılması barədə məlumatlar yayılıb. Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.
Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

DİGƏR XƏBƏRLƏR

Top