Ukraynada milyonlarla insan soyuğa görə evlərini tərk edəcək - ÜST


Ukraynada soyuq havalar səbəbilə 2-3 milyon insanın evlərini tərk etmək ehtimalı var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klyüqe bildirib.
Onun sözlərinə görə, Ukraynanın hər yerində yüz minlərlə binanın qaz təchizatı yoxdur. Bu səbəbdən ukraynalılar nəinki yemək hazırlaya bilmirlər, həm də istilikdən məhrumdurlar:
"Soyuq hava ölümə səbəb ola bilər. Ölkənin bəzi bölgələrində, havanın temperaturunun 20 dərəcəyə enəcəyi proqnozlaşdırılır. Ailələr isinməyə çalışır, bir çoxları odun yandırmaq və ya generator kimi alternativ isitmə üsullarına müraciət etməli olacaqlar. Biz gözləyirik ki, 2-3 milyon insan istilik və təhlükəsizlik axtarışı ilə evlərini tərk edəcək"

DİGƏR XƏBƏRLƏR

Top