Zelenski növbəti dəfə Aİ-yə çağırış etdi


Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Qərb ölkələrini Ukraynanı NATO və Avropa İttifaqına (Aİ) qəbul etməyə çağırıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı NATO Parlament Assambleyasının Madriddə keçirilən iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
“Ukraynanın birgə cəmiyyətimizin müdafiəsinə nə qədər əhəmiyyətli töhfə verdiyini, fevralın 24-dən sonra həqiqətən birləşməyimizin nə qədər vacib olduğunu hamınız görürsünüz. Uyğun olaraq, bunun sayəsində hamınız Ukraynanın Aİ və NATO-nun tamhüquqlu üzvü olmalı olduğunu görürsünüz. Sizi Aİ və alyansa üzvlüklə bağlı müraciətlərimizi dəstəkləməyə çağırıram”, - deyə Zelenski bildirib.

DİGƏR XƏBƏRLƏR

Top