İndoneziyada zəlzələyə görə ölənlərin sayı 250-ni keçdi - Yenilənib


İndoneziyada noyabrın 21-də baş vermiş 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb .
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, 31 nəfər hələ də itkindir və azı 377 nəfər xəsarət alıb.
Qeyd olunub ki, 7 mindən çox insan təbii fəlakətin nəticələrinə görə hələ də evlərinə qayıda bilmir.
Qərbi Yava əyalətindəki Çianjur qraflığında iqamətgahlar, məktəblər və xəstəxanalar da daxil olmaqla 700-dən çox binanın zədələndiyi bildirilir.

***21 noyabr, 20:36
İndoneziyada baş verən 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, mənbə 5 km dərinlikdə baş verib.
Qeyd edək ki, İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230 min insanın həyatına son qoymuşdu.

DİGƏR XƏBƏRLƏR

Top