Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, 9 973 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir. Ölkədə son sutka ərzində 1 975, hazırkı dövrədək isə 7 385 931 test aparılıb.
Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 918 769, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 216, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 055, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 630 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top