Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olundu


Osman Xaliyev Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 15-də müvafiq əmr imzalayıb.
Osman Xaliyev bundan əvvəl 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə İdarə Heyəti sədrinin müavini təyin olunub.
Eyni zamanda, 2021-ci ilin avqust ayının 13-dən İdarə Heyətinin sədrinin vəzifələrini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top