“Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də yerinə yetirildi”


“Xalqımız ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
“8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top