“Yoxsulluğu təqribən 5 faiz ətrafında saxlayırıq” - Prezident


“Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da, postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əmək haqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top