"AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb" - Baş Prokurorluq


Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Baş Prokurorluq məsələyə münasibət bildirib. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, iddialar həqiqəti əks etdirmir.
"Qeyd edilən fakt təsdiq olunmayıb", - Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top