Ukrayna işğalda olan ərazilərinin yarısını geri qaytarıb


Ukrayna müharibənin başladığı tarixdən - fevralın 24-dən noyabr ayının 12-dək Rusiya ordusunun işğal etdiyi ərazilərin 63%-ini və ya təxminən 75 min kvadrat kilometrini azad edib.
Yeniavaz.com
Müharibə Tədqiqatları İnstitutunun məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin fevral-mart aylarında Rusiya Ukrayna ərazisinin beşdə birini və ya təxminən 119 000 kvadrat kilometr ərazini tuta bilib.
Fevralın 24-dən əvvəlki tarixlərdə baş verən işğalı da nəzarə alasaq, Rusiya Ukrayna ərazisinin 160 000 kvadrat kilometrdən bir qədər çoxunu işğal edib.  Ukrayna ordusunun əks-hücumları nəticəsində bu ərazinin demək olar ki, yarısı (47%) geri qaytarılıb.
Qeyd edək ki, Ukraynanın ümumi ərazisi 603 550 kvadrat kilometrə bərabərdir. Hazırda bu ərazisinin 86 557 kvadrat kilometri işğal alıtındadır.

DİGƏR XƏBƏRLƏR

Top