Suriyadan Türkiyə ərazisinə 5 raket atıldı: Ölən və yaralananlar var


Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Qaziantepin Karkamış rayonuna 5 raket atılıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, yaşayış məntəqələrinə düşən raketlər nəticəsində 2 nəfər həyatını itirib, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Raketlər rayon mərkəzindəki lisey və iki evə, həmçinin Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına düşüb.
Hadisə yerinə çoxlu sayda xilasedici qruplar göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top