Siyasi partiyaların təsisinə dair 20 il tələbi aradan qaldırıldı


“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında göstərilir ki, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı  50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qanun layihəsinin “Siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, siyasi partiyanın ləğvi” adlı 2-ci fəslinin 5.1-ci maddəsində göstərilir.
Xatırladaq ki, qanun layihəsinin ilkin versiyasında, siyasi partiyanın Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə biləcəyi göstərilirdi.

DİGƏR XƏBƏRLƏR

Top