Mingəçevirdə iki azyaşlı uşaq xilas edildi - Fotolar


Mingəçevir şəhəri M.Axundov 7, mənzil 3 ünvanında iki azyaşlı uşaq bağlı qapı arxasında qalıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı saat 09:40-da Mingəçevir Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.
DYMX, təcili yardım stansiyası və Şəhər polis şöbəsinin əməkdaşları hadisə yerində olublar. DYMX əməkdaşları binanın pəncərəsindən evə daxil olaraq bağlı qapını açıb və uşaqları xilas ediblər.
Uşaqların səhhəti yoxlanılıb və heç bir təhlükə olmadığı bildirilib.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top