Qazaxıstanda prezident seçkiləri: Tokayev birincidir


Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev bazar günü ölkənin bütün bölgələrində keçirilən prezident seçkilərinin nəticələrinə əsasən 6 456 392 - 81,31% səs toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib.
Qazaxıstanda keçirilən prezident seçkilərində 3,42 faiz səslə “Auıl” (“Kənd”) partiyasının namizədi Jiquli Dairabayev ikinci yerdədir.
Qeyd edək ki, 2019-cu il iyunun 9-da keçirilmiş əvvəlki prezident seçkilərində Tokayev səslərin 70,96 faizini toplayaraq qalib gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top