
Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib. "Yeni Avaz"ın məlumatına görə, hadisə şəhərin Təbriz 13, mən 47 ünvanında qeydə alınıb. Ev sahibi, 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları - 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və ishal əlamətləri ilə təcili olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, uşaqların vəziyyəti hələ də ağır olaraq qalır. Uşaqlar hazırda xəstəxsananın reanimasiya şöbəsində həkim nəzarətindədir. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Rövşən Əşrəfov, Mingəçevir


Tətbiqimizi yükləyə bilərsiniz