“Qardaşıma Milli Qəhrəman adı verilməsini istəyirik” - Video


Birinci Qarabağ müharibəsində itkin düşən hərbi əsir Natiq Qasımov haqqında filmlər çəkilib, yazılar yazılıb. Onun, müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda fotoları, kadrları var. Amma hələ bu günə qədər Natiqin adı əbədiləşməyib.
Yeniavaz.com
xəbər verir ki, bu giley-güzarı Natiqin yaxınları, gözü yolda qalan yaşlı anası Dursun Qasımova edib.
Yaxınları aidiyyəti qurumlardan, dövlətdən onun adının əbədiləşməsini, Milli Qəhrəman adı verilməsini istəyiblər.

Qardaşı Nofəl Qasımov deyir ki, o, bu barədə danışmaqdan ürək xəstəliyi tapıb, amma onun qəhrəman qardaşına lazımı qiymət verilməyib.

Taleyi məlum olmayan Azərbaycan ordusunun cəsur əsgəri Natiq Qasımovun artıq 51 yaşı tamam olub. Natiq haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olmur. Çünki dillərdə dastan olan sonuncu fotosundan sonra onun taleyi barədə indiyədək heç bir məlumat yoxdur.

Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında Natiqin də adı var.
Qeyd edək ki, Böyük Britaniyanın “Broken Pot Media” şirkəti Natiqin axtarışı barədə “Oğul” sənədli filmini çəkib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top