Dünya çempionatının açılış oyununda ev sahibi məğlub olub


Qətərdə keçirilən 22-ci dünya çempionatının açılış oyununda ev sahibi olan Qətər millisi məğlub olub.
Yeniavaz.com 
xəbər verir ki, dünya çempionatının ilk oyununda ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlib. 
Oyunda ilk qolu 3-cü dəqiqədə Ekvador yığmasının oyunçusu Enner Valensiya vursa da, baş hakimi Daniele Orsato VAR sisteminin qərarı ilə oyundakənar vəziyyət qeydə alıb.
Enner Valensiya daha sonra 16 və 36-cı dəqiqələrdə dubla imza ataraq, Ekvadora qələbə qazandırıb.

DİGƏR XƏBƏRLƏR

Top