
Fransa Prezidenti Emmanuel Makrona növbəti dəfə şillə vurublar.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədəki iqtisadi vəziyyətə etiraz edən bir qadın Makrona şillə vurub.
Qeyd edək ki, daha əvvəl də Makronla bağlı analoji insident yaşanıb. Ötən ilin iyun ayında prezident insanlarla görüşərkən naməlum şəxs Makrona yaxınlaşaraq onun üzünə şillə vurub.