Nazarbayev: “Yəhudanın yanında oturan İsa Məsih onun xain olduğunu bilirdimi?”


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ölkədə keçirilən prezident seçkilərində səs verib. 
Yeniavaz.com
Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, sabiq prezident səs verdikdən sonra jurnalistlər ondan uzun illər onunla birgə işləyən Dövlət Təhlükəsizliyi Nazirliyinin keçmiş rəhbəri, hazırda həbsdə olan Məsimovla bağlı sual veriblər.
Nazarbayev deyib ki, o Məsimovun günahkar olduğunu əvvəlcədən bilə bilməzdi: “Biz tanrı deyilik, ona görə də məhkəmənin sonunu görəcəyik və düşünürəm ki, hamımız bunu anlayacağıq. Yəhudanın yanında oturan İsa Məsih onun xain olduğunu bilirdimi?”  
Xatırladaq ki, dövlətə xəyanətdə və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinən Qazaxıstan DTN-nin keçmiş sədri Kərim Məsimov, xüsusi təyinatlılar xidmətinin rəhbəri Anuar Sadıkulov və Daulet Yerqojin bu ilin yanvarın 8-də istintaq zamanı həbs ediliblər.

 

DİGƏR XƏBƏRLƏR

Top