Sərnişinlərin ən çox şikayət etdikləri hava limanları - Siyahı


Dünyada sərnişinlərin ən çox şikayət etdikləri hava limanları arasında Böyük Britaniya, Yunanıstan və Fransanın hava limanları yer alır.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniyanın Mançester şəhər hava limanı reytinqin lideri olub. İnternetdə bu yerlə bağlı rəylərin təxminən 82,5 faizində mənfi məlumatlar və ya şikayətlər var. İkinci ən yüksək stress səviyyəsi Heraklionun Krit adasındakı Nikos Kazantzakis hava limanıdır. Üçüncü yeri London Stansted hava limanı tutub.
Sonrakı hava limanları Kanadanın Toronto və Fransanın Bordo şəhərlərindədir. Böyük Britaniyanın digər hava limanları Luton (London) və Bristol da ilk onluqda yer alıb.
Maraqlıdır ki, sərnişin axını baxımından dünyanın ən işlək 20 hava limanı ən stressli 25 hava limanı arasında yer almayıb. 
Ekspertlərin dünyanın 500-dən çox hava limanı ilə bağlı 1500-dən çox "Google" rəyinə baxdıqları deyilir. Hava limanları şikayətlərin qeyd olunma tezliyinə və şərhçilər tərəfindən şikayətlərin sayına görə sıralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top