Azərbaycanda ən yüksək əməkhaqqını neft-qaz sektorunda işləyənlər alır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əməkhaqqı neft-qaz sektorunda 3 min 445,4 manat, qeyri neft-qaz sektorunda 777,3 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 779,1 manat, özəl müəssisələrdə isə 881,6 manat olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesinin qeyri-dövlət bölməsində qeydə alınıb - ayda 4 min 19,1 manat, ən aşağı əmək haqqı isə sosial təminat sahəsində (özəl sektor) qeydə alınıb - ayda 386 manat.
Azərbaycanda neft-qaz sektorundan başqa 1000 manatdan yükəsk əməkhaqqı 4 sahədə verilib. Orta aylıq əmək haqqı nəqliyyat və anbar təsərrüfatında 1 078,1 manat, informasiya və rabitə sahəsində 1 336,3 manat, maliyyə və sığorta fəaliyyətində 2 min 84,3 manat olub.