Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada 297 nəfər vaksinasiya olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 65, ikinci doza vaksinlərin sayı 56 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 146-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 30 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 918 769 olub.

DİGƏR XƏBƏRLƏR

Top