Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəlib - Yenilənib

Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda Azərbaycan millisi qırmızı vərəqə alıb.
Yeniavaz.com xəbər verir ki, 75-ci dəqiqədə Höccət Haqverdi meydandan qovulub.
Ramil Şeydayev isə 89-cu dəqiqədə fərqlənərək milli komandanı 3-cü qolunu vurub.


***18:29

Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda millimiz 2-ci qolunu vurub.

Yeniavaz.com xəbər verir ki, oyunun 65-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək, milli komandanı hesabda önə keçirib.

***17:48

Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında oyunun birinci hissəsi başa çatıb.

Yeniavaz.com xəbər verir ki, oyunda hesab bərabərdir - 1:1.


***17:08

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

Yeniavaz.com xəbər verir ki, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Matçı albaniyalı FIFA referisi Enea Yorqyi idarə edir.

***15:38

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, komandamız səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Skopyedəki Todor Proeski Milli Arenasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top