İranda ölənlərin sayı artır


İran İnsan Haqları Təşkilatı (İHR) son bir həftədə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində təxminən 40 nəfərin həyatını itirdiyini və nümayişlərin başladığı gündən bu yana həyatını itirən nümayişçilərin sayının 378-ə yüksəldiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ölkədəki 31 əyalətdən 25-i ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi bildirilib.
Sistan-Bəlucistan əyalətində 123, Tehran və Kürdüstanda 40, Qərbi Azərbaycanda 39, Mazandaranda 33, Gilanda 23, Elborzda 15, Kirmanşahda 14, Xuzistanda 9, Xorasan-ı Rəzəvi və İsfahanda hər biri 5 olmaqla Zəncan və Şərqi Azərbaycanda 3, Mərkəz, Qəzvin və Loristanda 2, Kohgiluyə və Boyer-Əhməd, Ərdəbil, İylam, Buşehr, Fars və Həmədan, Hürmuzgan, Simnan və Kirmanda da bir nümayişçinin öldüyü qeyd edilib.
Həyatını itirən nümayişçilərdən 47-nin yaşı 18-dən aşağı, 27-nin isə qadın olduğu bildirilib.
Qeyd edək ki, Sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra 22 yaşlı Məhsa Əmininin vəfat etməsi ölkə hökumətinə qarşı etirazlara səbəb olub.
Ölkəyə yayılan nümayişlərdə 50-yə yaxın polis əməkdaşının həyatını itirdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top